SİQNAL! – “Anti-terror əməliyyatlarına dair xəbərlər eşidəcəyik” – Zərurət var!

“Əzik bir erməni gərginlik yaratmaq məqsədi ilə aktivləşməsi birmənalı olaraq rus sülhməramlı kontingentinin başçılığı ilə həyata keçirilir”

“Hazırda Azərbaycanın noyabrın 16-da Qarakilsə istiqamətində həyata keçirdiyi əməliyyatların təkrarlanması üçün çox ciddi zərurət yaranır”



Erməni təxribatları davam edir.  Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan 28 dəfə fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Xəbərə görə, atəş martın 10-u gecədən səhər saatlarınadək davam edib. 
Xatırladaq ki, son günlər Ağdamın Paprəvənd yaşayış məntəqəsi  eləcə də Xocalı və Goranboy istiqamətində yerləşən mövqelərimizdə də gərginlik müşahidə olunub.  

Məlumat üçün bildirək ki, son günlər Ermənistan mediası Azərbaycan ordusunun Xankəndidə anti-terror əməliyyatları aparmasına dair məlumatlar tirajlayır. Dünən isə Azərbaycan Müdafiə Nazirliyi bu məlumatları təkzib etdi. Vəziyyətin stabil olduğunu açıqladı. 

 Hərbi ekspert Ədalət Verdiyev  bu barədə “sherg.az”a danışarkən bildirib ki,rus sülhməramlı kontingentinin yerləşdiyi ərzailərdən Azərbayacan ordusunun möqelərinə atəş açılması qəbuledilməzdir:

“Son günlər sərhəddə yaranan gərginliyin intensiv xarakter alması, atəşkəsin dörd istiqamətdən pozulması birmənalı olaraq rus sülməramlı komandanın öz işində məsuliyyətsizliyidir.Əzik bir erməni gərginlik yaratmaq məqsədi ilə aktivləşməsi birmənalı olaraq rus sülhməramlı kontingentinin başçılığı ilə həyata keçirilir. Bu artıq Azərbayacan tərəfini ciddi tədbirlər görməyə vadar edir”.

Ekspert hesab edir ki, hazırda Azərbaycanın noyabrın 16-da Qarakilsə istiqamətində həyata keçirdiyi əməliyyatların təkrarlanması üçün çox ciddi zərurət yaranır:

 “Bu əməliyyatların anti-terror və yaxud da təmizləmə əməliyyatı adlandırılmasından asılı olmayaraq,biz yaxın günlərdə ermənilərin yol verdiyi səhvlərə görə cəzalanması ilə bağlı xəbərlər eşidəcəyik”.