Təcili! - Proses başlanıb: "Azərbaycan güc tətbiqi ilə..."

Ermənistan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə xəbər yayıb. Azərbaycan Müdafiə Nazirliyindən Ermənistan tərəfinin yaydığı belə xəbərlərin yalan və təxribat xarakterli olduğu bildirilib. Nazirlikdən verilən məlumatda qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir.

Hərbi ekspert Ədalət Verdiyev mövcud durumu "Sherg.az" a şərh edib. Onun sözlərinə görə, bu proseslər birgə bəyanatın nöqtəsinə kimi yerinə yetiriləcəyi günə qədər davam etdiriləcək:


" Başqa yolu yoxdur. Azərbaycan tərəfinin tələbləri 10 noyabr bəyanatının şərtlərinə əsaslanır. Rəsmi Bakı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, Ermənistan tərəfi hələ də öz öhdəliklərini reallaşdırmayıb. Rəsmi İrəvan nə Qarabağda rusların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindən öz silahlılarını çıxarıb, nə Zəngəzur dəhlizinin açılması ilə bağlı qərar verib, nə də Azərbaycan əhalisinin həmin ərazilərə qayıtması üçün münbit şərait yaradır".

Ə.Verdiyev hesab edir ki, artıq sözügedən proseslərin Azərbaycan tərəfindən yumşaq güc tətbiqi ilə həyata keçirildiyinə şahidlik edəcəyik.