Fərrux kəndindəki insan qalıqları:“Bu, böyük cinayətin sübutdur”



Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edib. Həmin insan qalıqlarının Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərə aid olduğu ehtimal olunur. Hazırda faktlarla bağlı araşdırmalar davam etdirilir. 

BDU Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasınln müdiri, hüquq elmləri doktoru, professor Əmir Əliyev məsələ ilə bağlı "Sherg.az" a danışıb: 

"Bu törədilmiş böyük cinayətdən geriyə qalan sübutdur. Qalıqları aşkar edilən şəxslər çox güman ki, Fərrux kəndinin müdafiəsində iştirak edən və yaxud da əsir düşən azərbaycanlılar olub. Həmin qalıqlar mütləq şəkildə müzakirə edilib ,Azərbaycanın Ermənistana qarşı qaldırdığı-beynəlxalq cinayətlərə bağlı məsələdə ən böyük faktlardan biri kimi istifadə edilməlidir".