Şuşada “Difai” muzeyi yaradılsın

Önündə də Əhməd bəy Ağaoğlunun heykəli qoyulmalıdır

Tarixçi Taleh Cəfərov Şuşada “Difai” muzeyinin yaradılmasını təklif edib. Sosial şəbəkə səhifəsində bununla bağlı paylaşım edən alim bildirib ki, muzeyin önündə onun qurucusu, əslən şuşalı olan görkəmli şəxsiyyət Əhməd bəy Ağaoğlunun heykəli qoyulmalıdır: 

“Çox möhtəşəm olar. Ona görə ki, ötən əsrin əvvəllərində erməni-daşnak birləşmələrinin əsas ideoloji-siyasi və hərbi mərkəzi Şuşa şəhəri olub. Bu şəhərdə də ermənilərin burnu yamanca ovulub. Bununla Azərbaycan bir daha ermənilərə göstərməyə çalışar ki, Şuşa bundan sonra da ermənilərə qarşı mübarizənin baş kəndi olacaq. Dünya Azərbaycanlılarının V Qurultayında bu barədə qərar qəbul edilərsə, bu, ən möhtəşəm hadisələrdən biri kimi tarixə düşər”.