Zəngilan aeroportu sentyabrın ilk on günlüyündə istismara verilə bilər

Zəngilan Beynəlxalq Hava Limanının bu il sentyabrın 1-10-u arasında istismara verilməsi gözlənilir.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib.

"Aeroportda işlərin 60 %-i tamamlanıb. Uçuş-enmə zolağına asfalt örtüyü vurulur. Burada da işlər 70-80 % tamamlanıb. Aeronaviqasiya qurğularının fundamentenin qoyulması 100 % bitib. Hazırda bu qurğular arasında rabitə və elektrik çəkilişi üçün kanal qazılır. Terminal binasında fasad işlərinin 30 %-i tamamlanıb. Uçuş-enmə zolağında, aeronaviqasiya avadanlıqlarında və qüllədə işlər bu ilin iyul ayında, qalan digər qurğularda isə işlər avqustun sonunda, sentyabrın əvvəlində bitəcək", - deyə o, qeyd edib.