“Haber Global”: AK Partiya və MHP heyəti Şuşada - VİDEO

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Binəli Yıldırım “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransında iştirak etmək üçün Şuşaya gedib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Yıldırım AK Partiya və MHP heyəti ilə birlikdə Azərbaycanın mədəniyyət paytaxtını gəzib.

Bu beynəlxalq konfrans Şuşa Bəyannaməsinin imzalanmasının 1-ci ildönümünə ithaf edilir.