Laqumdziya: “Qarabağda törədilən soyqırımılar, təcavüzlər beynəlxalq hüququn tapdanmasının simvoludur”

Qarabağ yalnız Azərbaycanın bir parçası deyil, Qarabağ özündə bir neçə mənanı ehtiva edir. Qarabağda törədilən soyqırımılar, təcavüzlər, beynəlxalq hüququn tapdanmasının simvoludur.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 15-də IX Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya deyib.
O, eyni zamanda, bildirib ki, IX Qlobal Bakı Forumunda Cənubi Qafqazda dayanıqlı inkişaf barəsində də müzakirələr aparılacaq.