Deputat azad olunan ərazilərin ayrıca inkişaf strategiyasının hazırlanmasını təklif edib

"Gələcək üçün işğaldan azad olunan ərazilərin ayrıca inkişaf strategiyası hazırlanmalıdır".

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Mirbəşir parlamentin noyabrın 13-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, həmin strategiya çərçivəsində həmin ərazilərin bərpası üçün kənar mənbələrdən vəsaitlərin cəlbi uyğun olardı.

Deputatın sözlərinə görə, azad edilən ərazilərin bərpası üçün lazım olan vəsaitlərin ilkin proqnozu kimi 50-55 milyard manat, bəzən də daha yüksək rəqəmlər səsləndirilir: “Hesab edirəm ki, həmin məbləğ dövlət büdcəsinin imkanları xaricindədir və əlavə yük deməkdir. Odur ki, gələcək üçün işğaldan azad olunan ərazilərin ayrıca inkişaf strategiyası hazırlanmalıdır”.