Biz Qarabağı, Qarabağ da bizi dirçəldəcək
22:33 06.07.2021
Qarabağ
856
Ölkənin iqtisadi inkişafı üçün bölgələrimizin sərvətlərindən maksimum yararlanmalıyıq
30 ilə yaxın işğal altında olan doğma torpaqlarımızı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz, rəşadətli əsgərlərimiz erməni tapdağından azad etdi. Bununla da xalqımıza tarixi zəfərdən doğan əvəzsiz qürur hissi yaşatdılar. Azərbaycanımızın üzləşdiyi, qarşı-qarşıya gəldiyi düşmən isə hədsiz qəddar, nankor, dağıdıcı, ziyanverici, vəhşi idi. Bunu cənab Prezident çıxışlarında dəfələrlə vurğulayıb. Hər dəfə işğaldan azad edilmiş hansısa bölgəyə səfərləri zamanı, cənab Prezident də, bu səfərlərdə daim onunla yanaşı addımlayan ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da gördükləri acı mənzərədən necə mütəəssir olduqlarını dilə gətirib, dağıdılmış, viran edilmiş yurd yerlərimizin, şəhərlərin, kəndlərin görüntülərini paylaşıblar. Artıq bütün dünya erməni vandalizminə şahiddir.
Bu günləri erməni vandallarının xarabazara çevirdikləri tarixi yurdlarımızın bərpası, inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi Azərbaycanın qarşısında duran ən mühüm vəzifədir. Dövlətimizin başçısı hər bir məsələdə olduğu kimi, bu istiqamətdə də aydın planlara, strateji hədəflərə malikdir.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, Qarabağ zonasının ilk növbədə bərpası üçün mütləq şəkildə ərazilər minalardan təmizlənməlidir. O vurğulayıb ki, hazırda dövlət tərəfindən bu addımlar atılmaqdadır:
"Bildiyiniz kimi, ermənilər bir çox rayonlarımızı viran günə qoyublar. Bu səbəbdən də həmin rayonların infrastrukturu bərpa edilməlidir. Hesab edirəm ki, həmin rayonlarda erməni vandalizmini nümunə göstərən açıq muzey yaradılmalıdır. Bu muzey həm turistlər, həm də gələcək nəsil üçün bir yadigar olaraq qalacaq. Hazırda bununla bağlı ölkə prezidenti də məsələ qaldırıb. Səhv etmirəmsə, Ağdamda üstü açıq muzeyin yaradılması planlaşdırılıb".
R.Qarayev qeyd edib ki, Qarabağda hər bir rayonun özünəməxsus xüsusiyyəti var:
"Misal üçün, Kəlbəcər isti sular, təbii ehtiyatlar mənbəyidir. Bundan əlavə dağ turizmi, yay turizmi, qış turizmi, kurort-sanatoriya, müalicəvi sanatoriya üçün bura əlverişli yerdir. Kəlbəcərdə heyvandarlıq üçün də kifayət qədər yaylaq var. Füzuli isə qədim rayonlardan biridir. Baxmayaraq ki, 1827-ci ildə inzibati ərazi vahidi kimi yaradılıb. Hesab edirəm ki, Füzulinin bu qədimliyi və tarixi ənənələri imkan verir ki, orada mədəniyyət mərkəzləri inkişaf etdirilsin. Bu da gələcəkdə mədəniyyət sahəsində, necə ki, əvvəllər də olub, tarixi şəxsiyyətlərin yetişməsinə zəmin yaradacaq. Ağdam rayonu da iqtisadi baxımdan Qarabağ zonasının lokomotivi olub. Hələ sovetlər birliyində qeyd olunurdu ki, o, ticarət dövriyyəsinə görə ən öndə gedən rayonlardan biridir. Buna görə də ölkədə xaricdən gətirilən bir çox əmtəə məhsullarını Ağdamda tapmaq mümkün idi. Hətta bir çox zavodlar da orada yerləşib. Hesab edirəm ki, həmin zavodları yenidən bərpa etmək olar.
Bundan əlavə, orada Texniki Universitetin filialını açmaq da yaxşı olardı. Çünki buradakı mütəxəssislər də bölgəyə xeyli xeyir verə bilərlər. Bundan əlavə İnşaat-Memarlıq Universitetinin də filialının Ağdamda açılmasını məqbul hesab edirəm".
İqtisadçı-ekspert əlavə edib ki, Şuşa, Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl rayonları da kənd təsərrüfatı, turizm və mədən sənayesi üçün mühüm əhəmiyyətli bölgələrimizdəndir:
"İşğaldan azad olunmuş torpaqlarımızın həm təbii resurslarından, həm coğrafi mövqeyindən, həm bol suvarma üçün yararlı torpaqlarından və suvarma imkanlarından aqrar sahədə, kənd təsərrüfatında, turizmdə və bir çox başqa sahələrdə istifadə etmək mümkündür.
Gələcəkdə hesab edirəm ki, Azərbaycan bu bölgədən geniş istifadə etməklə bir çox sahədə uğur əldə edəcək. Tikinti materiallarının satışında, mədənçilik sahəsində, hətta deyərdim, hərbi avadanlıqların istehsalında belə bu bölgə öz təhlükəsizliyini təmin edə bilər.
Çünki nə vaxta kimi düşmən bizim ərazi bütövlüyümüzü tanımayıb, hərb sahəsində qərb qapımızı güclü nəzarətdə saxlamalıyıq. Sülh olsa belə, düşmənimizin kim olduğunu unutmamalıyıq. Çünki tarix daim təkrarlanır. Təkrarlananda faciələrimizin baş verməməsi üçün bütün sahələr üzrə inkişaf etməliyik. Buna Azərbaycan xalqının igidliyi, elmi və təbii sərvətləri nümunədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi