ÇAĞIRIŞ ! - “Silahı yerə qoymamalıyıq !” - Mübarizəyə davam... !
Banuçiçək Kalbalıyeva
09:40 17.07.2020
Qarabağ
1061
“Ziyalılarımız mübarizə aparmalıdırlar, mövqeyimizi dünyaya bəyan etməliyik”
“Heç bir qurum bizə bir kəlmə də deyə bilməz. Çünki biz müqəddəs amal-torpaqlarımız uğrunda vuruşuruq”
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov Qazax və Ağstafada da olub. O, Tovuzda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan əsgərlərimizin dəfn mərasiminə qatılıb. Şəhid ailələri ilə görüşüb, onlara başsağlığı verib.
Adıçəkilən rayonlarda insanların müharibə təəssüratları ilə bağlı “Sherg.az”a danışan S.Seyidov qeyd edib ki, sakinlər olduqca mübarizdirlər:
“Düşmənin Azərbaycanda çaxnaşma yaratmaq niyyəti bumeranq effekti verdi. Yəni indi ermənilər özləri narahatdırlar. Onlar xalqımız qarşısında tab gətirə bilməyəcəklərini anlayırlar. Və başa düşürlər ki, vətənpərvərlik ən güclü zərbədir”.
Parlementari, həmçinin diqqətə çatdırıb ki, biz silahımızı əlimizdən yerə qoymamalı, mübarizəni davam etdirməliyik:
“Həmin proseslər təkcə Qazaxda, Ağstafada yox, bütün Azərbaycanda gedir. Ziyalılarımız da əsgərlər kimi mübarizə aparmalı, haqq səsimizin eşidilməsinə çalışmalıdırlar. Mövqeyimizi bütün dünyaya bəyan etməliyik. Əlbəttə, insanların ovqatı hamımızı ruhlandırır. Heç kim, heç bir qurum bizə bir kəlmə də deyə bilməz. Çünki biz müqəddəs amal-torpaqlarımız uğrunda vuruşuruq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm
Ayı kabusu: 4 nəfər yaralandı, məktəblər bağlandı
18:21 02.06.2026
Hadisə
Ağrıkəsici sanıb qulaqlığını uddu - Mədəsindən səs gəldi
18:09 02.06.2026
Hadisə
Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilər
18:00 02.06.2026
Gündəm
Madyar: Mənim dövrümdə Ukraynaya silah verilməyəcək
17:17 02.06.2026
Gündəm
Sudan lideri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
17:12 02.06.2026
Gündəm
Avropa İttifaqı Ermənistana 2,2 milyon avro verəcək
16:53 02.06.2026
Gündəm