Deputat SƏRT DANIŞDI: “Bizi işğala öyrəşdirmək istəyirlər”
Banuçiçək Kalbalıyeva
10:46 20.05.2020
Qarabağ
1157
“Nə qədər etiraz notası vermək, bəyanət imzalamaq olar?! Artıq 30 ilə yaxındır, vətənimizdən ayrıyıq”
“Düşmən və onu müdafiə edənlər o qədər riyakardırlar ki, bizə müharibədən başqa seçim vermirlər”
Mart ayında qondarma Dağlıq Qarabağ Respublikasında saxta parlament və prezident seçkiləri keçirilib. Saxtakarlıq qanlarına hopmuş ermənilər bununla kifayətlənmədilər. Sən demə, “konsert” hələ qabaqda imiş...May ayının 21-də Şuşada “prezident”in and içmə mərasimi keçiriləcək. Azərbaycanın torpaqlarında ha, vətənimizdə...
Bu rəzilliklə bağlı “Sherg.az”a fikirlərini bildirən millət vəkili Elman Məmmədovun sözlərinə görə, hərbi əməliyyatlar başlanmayana qədər belə addımlar davam edəcək:
“Mən dəfələrlə demişəm, yeganə çıxış yolu müharibədir. Biz hərbi əməliyyatlar keçirməli, torpaqlarımızı tapdaqdan azad etməli, işğalçıları, seperatçıları cəzalandırmalıyıq. Başqa yolumuz yoxdur! Bizi sülhə səsləyənlər, o cümlədən vasitəçi dövlətlər, BMT, NATO, ATƏT kimi beynəlxalq təşkilatlar bu məsləhəti özlərinə saxlasınlar, əzizlərinə versinlər. Onların hamısı Ermənistan tərəfdarlarıdır. Bizi işğala öyrəşdirmək istəyirlər. Birmənalı deyirəm, bizim məsləhətə ehtiyacımız yoxdur! Nə qədər etiraz notası vermək, bəyanət imzalamaq olar?! Artıq 30 ilə yaxındır, vətənimizdən ayrıyıq. Deməli, danışıqlar əhəmiyyətsizdir. Düşmən o qədər hiyləgər, onu müdafiə edənlər o qədər riyakardırlar ki, bizə müharibədən başqa seçim vermirlər. Şanlı, qüdərətli ordumuzun keçirdiyi hərbi təlimlər müharibəyə çevrilməlidir! Biz Qarabağı döyüşərək azad etməliyik! Onda bu söhbətlər birdəfəlik bitəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq