Keçmiş XİN başçısı:“Vəziyyət bütünlüklə bizim xeyrimizədir!” - AKTUAL !
Banuçiçək Kalbalıyeva
09:23 13.07.2020
Qarabağ
972
“Rusiyanın Ermənistana kömək etmək şansı çox azdır”
“Üstəlik, nəzərə almaq lazımdır ki, Paşinyan danışıqları pozaraq müharibəyə zəmin yaradır”
“Məncə, artıq düşmənə zərbə endirmək vaxtı çatıb”
Dünən günorta saatlarından etibarən sərhəd bölgələrindən xəbərlər gəldi. “Düşmən təxribat törədib...”, “Hər iki tərəf itki verib...”, “Şəhidlərimiz var...”...Bu cür məlumatlar da, atışmalar da davam etməkdədir.
Dinc durmayan düşmənin təxribatları isə hələlik bumeranq effekti verir: bir şəhidimizin əvəzinə, onlarca erməni hərbiçisi zərərsizləşdirilir.
Düşmən təxribatını “Sherg.az”a şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu addımın hansı məqsədə xidmət etdiyini açıqlayıb:
“Əslində ermənilərin təxribat törətməsi məntiqsizdir. Çünki onlar onsuz da özgə torpağında (bizim torpaqlarda ) ağalıq edirlər. Amma məlum olduğu kimi, Kreml hökuməti ilə Paşinyan arasında münasibətlər kəskinləşib. Rəsmi Kreml Ermənistanı tərəfdaş kimi qəbul etmir. Odur ki, Paşinyan gələcək problemlərin qarşısını almaq məqsədilə Rusiya ilə əlaqələri kəsmək, Qərbyönlü siyasət yeritmək istəyir.
Əslində Qərb də Rusiya ilə əlaqələri kəsəcəyi təqdirdə Ermənistanla tərəfdaş olmaqda maraqlıdır. Bundan ötrü yeganə yol isə hərbi əməliyyatlardır. Beləliklə, Paşinyan hakimiyyətdə daha çox qalmaq üçün Qərbdən dəstək almaq niyyətindədir”.
Sabiq nazirin fikrincə, təxribatı Dağlıq Qarabağda yox, Tovuz sərhəddində törətmək təsadüfi deyil:
“Ermənistan hərb əməliyyatları bərpa etmək istəyir. Nəticədə müharibə başlayacağı təqdirdə təkcə Rusiya yox, Ermənistanın tərkibindəki “5-ci kolon”, o cümlədən daxildəki ermənilər də ittiham olunacaq. Və həm də Ermənistan Azərbaycanın cavabından faydalanaraq “əl-qol açacaq”.
T.Zülfüqarlı, həmçinin onu da vurğulayıb ki, biz bu fürsətdən istifadə etməliyik:
“Məncə, artıq düşmənə zərbə endirmək vaxtı çatıb. Buna şərait yaradan məqamlar var. Birincisi, bizim hərbi imkanlarımız düşməninkindən qat-qat çoxdur. İkincisi, Azərbaycan ictimaiyyətində çox güclü ruh yüksəkliyi var. Hamı tarixi torpaqlarımıza qayıtmağı arzulayır. Üçüncüsü, isə Rusiyanın Ermənistana kömək etmək şansı çox azdır. Yəni vəziyyət bütünlüklə bizim xeyrimizədir. Üstəlik, nəzərə almaq lazımdır ki, Paşinyan danışıqları pozaraq müharibəyə zəmin yaradır. Və mən əminliklə deyirəm ki, atəşkəs bərpa olunsa, belə təxribatlar gələcəkdə də intensiv formada davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə