
Mesaj verildi! - Vaxt itirməyəcəyik:“...Ordu əməliyyatlara başlayacaq”
Yusif Nəzərli
10:29 19.04.2023
Qarabağ
653
Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, - biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, - bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz.
Bu fikirləri Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
Hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyətinin Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduğuna əminliyini bildirən dövlətimizin başçısı deyib:
“Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada”.
Həmçinin Dövlət başçısı tam əminliklə deyib ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür.
“Ancaq, eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Prezidentin ali baş komandan və ölkə başçısı kimi hər şeyi açıq şəkildə ifadə etdiyini söyləyən hərbi ekspert Üzeyir Cəfərov "Sherg.az"a vurğulayıb ki, Azərbaycan bundan sonra separatçların kaprizləri ilə vaxt itirməyəcək:
"Bizim üçün Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin qurulması qəbuledilməzdir. Ölkə başçısının "Hər an, hər şeyə hazır olmalıyıq" açıqlaması isə orduya və tabeliyində olan şəxsi heyətə göstərişdir. Çünki ortada təkcə Qarabağ məsələsi deyil. Regionda baş verən hadisələrin fonunda digər narahatedici məqamlar və təhdidlər var. Ordumuz da buna hazır olmalıdır".
Ekspert qeyd edib ki, Prezidentin açıqlamaları antiterror əməliyyatlarının anonsudur:
"Əgər separatçılar yaxın zamanda doğru qərar verməsələr, Azərbaycan ordusu bu amildən istifadə edərək əməliyyatlara başlayacaq. Buna isə heç bir qüvvə irad bildirə bilməz. Çünki söhbət Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasından gedir.
Ümumiyyətlə, bu Azərbaycanın daxili işidir və ölkə daxilində nəyi necə etmək ölkə rəhbərliyinin müstəsna səlahiyyətidir. Həmçinin separatçların bundan sonra vaxtı uzatmasının və şərtlər irəli sürməsinin də mümkün olacağını düşünmürəm.
Çünki ölkə başçısının dünənki açıqlaması "Biz öz ərazimizdə separatizmin çiçəklənməsinə imkan verməyəcəyik" mesajıdır. Yəni Azərbaycan tərəfi bundan sonra heç bir güzəştə getmək niyyətində deyil. Separatçılar bunda sonra ya Azərbaycan qanunları çərçivəsində qalıb yaşayacaqlar, ya da çıxıb getməyə məcbur olacaq. Azərbaycan onlara barış əlini uzadıb. Əgər düzgün seçim etməsələr, bədəlini ağır şəkildə ödəyəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya