
Proqnoz:“Mayın sonu, iyunun əvvəli sülh sazişi...” - AKTUAL
Yusif Nəzərli
11:38 02.05.2023
Qarabağ
630
Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə görüş keçirilib.
Danışıqların bir neçə gün davam edəcəyi gözlənilir.
Qeyd edək ki, üçtərəfli görüşdən əvvəl Blinken Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrı-ayrılıqda görüş keçirib.
Görüşün vacib olduğunu deyən siyasi şərhçi Elşən Məcidov "Sherg.az"a bildirib ki, danışıqlar ciddi sürətlə gedir:
"Hazırda sülh müqaviləsinin 4-cü variantının müzakirəsi gedir. Bu isə müəyyən detalların dəqiqləşdirildiyi deməkdir. Həmçinin görüşün uğurla yekunlaşması, mayın sonu və ya iyunun əvvəlində sülh sazişinin liderlər səviyyəsində imzalanmasına yola aça bilər. Sözsüz ki, burda bir çox ekspertin fikri var ki, əvvəllər də Azərbaycan və Ermənistan arasında kifayət qədər razılıqlar əldə edilib. Ancaq bu Ermənistanın daha sonra təxribatlar törətməsi və üçüncü qüvvələrin müəyyən bəyanatlar verməsi ilə yekunlaşıb. Məsələn Makronun əsassız bəyanatları, Rusiyanın Vardanyan layihəsi, Ermənistan tərəfinin Sentyabr təxribatları və.s. Bütün bunlar isə əldə edilən razılıqların əhəmiyyətini itirməsinə səbəb oldu.

Düzdür bu fikirlə razılaşmaq olar. Lakin ortada bir neçə fərqli məqam var. Biz hazırkı, 27 sentyabr və Praqa danışıqlarını götürərək təhlil apara bilərik. Çünki indiki vəziyyət digər iki danışıqlardan köklü surətdə fərqlənir. Birincisi, Azərbaycan Laçında sərhəd nəzarət buraxılış məntəqəsi qurub. Bu prosesləri dəyişdirir. Yəni artıq ermənilər başa düşdü ki, Qarabağdakı separatçılar Azərbaycan silahlı qüvvələrinin mühasirəsindədir və baş tutacaq antiterror əməliyyatlarına Ermənistandan təsir baş tutmayacaq.
Digər tərəfdən Azərbaycan danışıqların getdiyi müddətdə, nəzarət buraxılış məntəqəsi ilə yanaşı, gömrük elementlərini də nümayiş etdirdi. Bu da rəsmi İrəvana bir mesajdır ki, əgər siz Qarabağdakı "nüfuzunuzdan" yapışsanız, Azərbaycan onu da sıfır səviyyəsinə endirəcək. Ümumiyyətlə Ermənistanın Qarabağdakı yeganə nüfuzu verdikləri 400 milyon civarında dotasiyadır. Yalnız bu pulun hesabına Qarabağdakı separatçılar mövcuddur. Bakı isə gömrük postlarını yerləşdirməklə onlara göstərmək istəyir ki, əgər siz Azərbaycanla razılığa gəlməsəniz, biz Gömrük buraxılış məntəqəsi qura və Qarabağa Ermənistandan gəlib-gedən bütün yüklərə gömrük rüsumu tətbiq edə bilərik. Bu isə separatçılara ayrılan pulun vergi formasında Azərbaycan büdcəsinə axması deməkdir”.
Analitik əlavə edib ki, görüşlər arasındakı digər fərq isə, 27 Sentyabr və Praqa müzakirələri zamanı Rusiyanın Cənubi Qafqazdakı mövqeyinin güclü olmasıdır:
"Dekabr və yanvar ayında Moskvaya qarşı tədbiq edilən yeni sanksiyalardan sonra, Rusiyanın gəlir imkanları zəiflədi. Statistikaya əsasən Rusiya cəmi 20 faiz neft-qaz ixracını Asiyaya tərəf çevirə bilib. Bu isə Moskvanın neft-qaz gəlirlərinin keçən illə müqayisədə 40 faiz itirməsinə gətirib çıxarıb. Gəlirlərin aşağı düşməsi ilə Rusiya Ermənistana və Azərbaycana bir o qədər də təzyiq göstərə bilmir. Üçüncü fərq isə Moskva və İrəvan arasındakı münasibətlərin kəskinləşməsidir.
Artıq Ermənistan bacardığı qədər Rusiyadan uzaqlaşmaq istiqamətində mühüm addımlar atır. Kreml isə İrəvana tədbiq edə biləcəyi təzyiqləri daha da kəskinləşdirməyə çalışır. Digər tərəfdən Ermənistanın Qərb üçün də əhəmiyyəti azalıb. Çünki onların Rusiyaya sanksiyalardan yayınmaq üçün kömək etməsi barəsind birbaşa və dolayı ittihamlar var. Həmçinin aprel ayı ərzində “The New YorkTimes” da, bu gün isə “Wall Street Journal” da Ermənistanın sanksiyalardan yayınmaqda Rusiyaya kömək etməsi barəsində məqalələr dərc edilib.
Bunlar isə bir xəbərdarlıq xarakteri daşıyır. Yəni Qərb Ermənistanın Ukraynanı bombalamağda Rusiyaya kömək etməsini göstərərək, onlara qarşı sanksiya tətbiq edir. Bu üç əsas fərq isə hazırkı danışıqlarda müəyyən irəlləyişlərin əldə olunacağını deməyə imkan verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət
Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu
08:33 15.09.2026
Dünya