“Şuşa hər dəfə hücumlara qalib gələ bilib”
Fidan Həmişəyeva
13:49 31.08.2021
Qarabağ
1614
Prezident İlham Əliyev Şuşada Poeziya Günlərinin açılışında bildirib ki, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyi təntənəli şəkildə qeyd ediləcək. Ölkə başçısı vurğulayıb: “Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür.
Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik.
Müzəffər xalq kimi gəldik.
Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”.
Tarixçi-alim Kərəm Məmmədov “Sherg.az”a açıqlamasında Şuşanın ən qədim və əzəmətli Azərbaycan şəhərlərindən biri olduğunu söyləyib:
“Şuşa Pənahəli xan tərəfindən əvvəlcə qala şəklində inşa olunub. Məlumdur ki, Şuşamız çox hücum görsə də, hər dəfə buna qalib gələ bilib. Çox sevindiricidir ki, bu əzəmətli şəhərimiz öz sahiblərinə qaytarıldı.
Ordumuz 44 günlük müharibədə böyük tarix yazdı, torpaqlarımız düşməndən azad olundu. Müəyyən zaman keçdikdə nəinki Şuşada, digər torpaqlarımızda da təntənəli mərasimlər qeyd ediləcək. Bu gün hər bir vətəndaşımız böyük fəxarət hissi keçirir.
Çünki dövlət başçısı da bildirdi ki, 2022-ci ildə Şuşamızın 270 illiyini qeyd edəcəyik. Bizim üçün bundan gözəl hiss ola bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm