
Tehran keçmiş səhvlərindən nəticə çıxarmalı və yeni səfir təyinatı qısa müddətdə başa çatmalıdır -Analitik
12:32 14.05.2025
Region
317
İranın Azərbaycana səfirinin seçilməsi prosesi son mərhələdədir. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib. İran XİN rəsmisi qeyd edib ki, Azərbaycan Respublikası ilə münasibətlərin normallaşması prosesini nəzərə alaraq, lazımi addımlar atılıb və səfirin seçilməsi prosesi son mərhələdədir.
Siyasi şərhçi Kazım Kazımov Sherg.az-a söyləyib ki, İran və Azərbaycan arasında son illərdə münasibətlər gərginləşib:

“Bunun əsas səbəbi Tehrandakı anti-Azərbaycan qüvvələrinin fəallaşılmasıdır. İran siyasətində təəssüflər olsun ki, yüksək mərtəbələrdə Azərbaycana qarşı pis münasibət bəsləyən qüvvələr var. Onların səsi yüksəldikcə Bakı və Tehran münasibətlərinə mənfi təsir göstərir. Ancaq son illərdə İranın regionda və bələxalq nizam daxilində rolunun azaldığını görürük. Xüsusilə Bəşər Əsədin devrilməsi, Yaxın Şərqdə İrana yaxın proksi qüvvələrin ağır zərbə alması Tehranı yenidən düşünməyə məcbur edib. İran anlamalıdır ki, region ölkələri ilə əlaqələr yaxşı olmadan güclü beynəlxalq siyasətçiyə çevrilmək olmaz. Regiona baxdığımızda isə İranın demək olar ki, bütün ölkələrlə fərqli-fərqli problemlərinin olduğunu görürük. Azərbaycanla münasibətlərə gəldikdə isə Tehran özü süni şəkildə bir problem yaratmağa çalışırdı. Zəngəzur dəhlizinə qarşı çıxdılar, Azərbaycanın suverenliyinə və xalqımızın milli kimliyinə söz atanlar oldu. Təbii ki, bunlar əsassız iddialar idi və nəticə etibarilə Tehrana xeyir gətirmədi. Son dövrlərə baxdıqda iki ölkə münasibətlərində müəyyən bir istiləşmə müşahidə olunur. İran prezidenti Məsud Pezeşkianın son səfəri də bunun nəticəsi idi. 2020-ci ildən sonra Prezident İlham Əliyev “3+3” formatını təkif etmişdi. “3+3” formatındakı ölkələrdən biri də İran idi. Lakin İran bunu vaxtına dəyərləndirə bilmədi və münasibətləri gərginləşdirmə yolunu seçdi. Ümid edirik ki, Tehran bundan sonra keçmiş səhvlərindən nəticə çıxarar və yeni səfir təyinatı qısa müddətdə başa çatar”.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol