İqtisadçı: Aşağı əmək haqqlarının qalxması...
10:38 30.07.2024
Sosial
599
Minimum əmək haqqının artırılması ilə bağlı müzakirələrin noyabradək başa çatacağını nəzərə aldıqda konkret rəqəmin həmin ay bəlli olacağı gözlənilir. Rəsmi açıqlamadan da göründüyü kimi indi müzakirələr mərhələsidir. Bu baxımdan da konkret artım faizi hələlik elan edilməyib.
Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov minimum əmək haqqının nə qədər artırılması ilə bağlı sualları şərh edərkən deyib.
Onun sözlərinə görə, minimum əmək haqqı artırılan zaman əvvəlki dövrlər üzrə təcrübə nəzərə alınacaq:
“Minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Bütövlükdə, son 5 ildə minimum əmək haqqı 2,7 dəfə artırılıb. Bu baxımdan, minimum əmək haqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər: ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əmək haqqındakı artım faizi. Minimum əmək haqqının sonuncu dəfə 2023-cü ilin yanvarında artdığını nəzərə alsaq, ötən və builki illər üzrə qiymət artımlarına diqqət yetirilməsi önəmlidir. 2023-cü ildə inflyasiya səviyyəsi 8,8, orta aylıq əmək haqqındakı artım faizi 11,3 faiz olub. Builki nəticələr 2024-cü ilin sonuna doğru dəqiqləşəcək”.
İqtisadçı bildirib ki, 2024-cü ildə də həm qiymət artımları, həm də nominal orta aylıq əmək haqqının dəyişməsi qeydə alınıb:
“Bu baxımdan, kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu o deməkdir ki, 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əmək haqqında daha yüksək artım reallaşa bilər. Yəni bu halda söhbət ikirəqəmli artımdan gedir. İkirəqəmlinin konkret hansı faizlə ifadə olunacağını isə payız aylarında söyləmək mümkün olacaq. Təbii ki, daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli olacaq. Bununla belə, minimum əmək haqqındakı artımın 700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq, artım faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz”.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi minimum əmək haqqının artırılması ilə bağlı noyabrın 1-ə kimi təkliflər hazırlayacağını bildirib.
İqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, noyabrın 1-nə qədər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi minimum əmək haqqının artırılması təklifini hökumətə təqdim edəcək:
“Qanunun qüvvəyə minməsi adətən yanvarın 1-də olur. Yeni büdcə və yaşayış minimumu qüvvəyə mindikdə minimum əmək haqqı barəsində fərman imzalanır. Bu qərar 700 mindən çox insana təsir edəcək. O demək deyil ki, 700 min nəfər minimum əmək haqqı alır. Ölkədə təxminən 1milyon 750 min işçi var. Onun 900 mini dövlət, 850 min nəfəri isə özəl sektorda işləyir. Qərar həm dövlət işçilərinə, həm də özəldə işləyən işçilərə aiddir. Məsələn min manat əmək haqqı alan şəxslərə bu təsir göstərməyə bilər. Çünki əmək haqqınız əmək bazarında formalaşır. Minimum əmək haqqı qalxdıqdan bir müddət sonra əmək bazarında da qiymətlər arta bilər. Aşağı əmək haqqlarının qalxması, yüksək nəvaciblərə da təsir edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çinli gənc milyarder sərvətinin 90 faizini itirdi
19:55 21.11.2026
Dünya
“Qalatasaray” “Samsunspor”u məğlub edərək yeni rekorda imza atıb
19:23 21.11.2026
Futbol
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya