
Şahzadə Harrı ilə Kral Çarlz arasında əlaqələr tamamilə kəsilib
11:15 17.04.2025
Dünya
470
Kral Çarlz ilə Şahzadə Harrı arasında uzun müddətdir soyuq küləklər əsir. Kral Çarlz xərçəng müalicəsi aldığı müddətdə belə, Harrının ailəsinə mənəvi dəstək göstərmədiyi iddia olunub.
Sherg.az xəbər verir ki, Şahzadə Harrı yaxın günlərdə Britaniyada təhlükəsizlik qaydaları ilə bağlı açdığı məhkəmə prosesində iştirak etmək üçün Londona uçmuşdu. Bu zaman atası, Kral Çarlz da İngiltərədə idi. Lakin Harrı iki ildən çoxdur görmədiyi atası ilə görüşməyib.
Kral Çarlza xərçəng diaqnozu qoyulmasından sonra ata-oğul arasındakı münasibət daha da soyuyub. Harrının yaxın çevrəsinin bildirdiyinə görə, Çarlz son üç səfərində də Harrıya çata bilməyib.
Saraydan verilən məlumata görə, tərəflər bir-birinə qarşı uzaq davranır və bu məsafəni aradan qaldırmaq üçün ciddi səy göstərmirlər.
Şahzadə Harrı İngiltərədə olarkən, vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən fərqli polis qoruması almaq üçün Daxili İşlər Nazirliyinə qarşı açdığı davanın rədd edilməsinə etiraz etmişdi.
RAVEC (Kraliyet və İctimai Şəxslərin Qorunması İcra Komitəsi) qərara almışdı ki, Harrı və ailəsi ABŞ-a köçdüklərindən sonra, İngiltərəyə səfərlərində daha aşağı səviyyəli təhlükəsizliklə qorunmalıdırlar.

Harrı, 5 yaşlı oğlu Şahzadə Arçi və 3 yaşlı qızı Şahzadə Lilibetin İngiltərə köklərini tanımalarını istədiyini, amma polis qoruması olmadığı halda onların təhlükəsizliyinin risk altında olduğunu bildirib. Buna görə də ailəsini İngiltərəyə gətirə bilmədiyini qeyd edib.
Ötən həftə keçirilən məhkəmə iclasından sonra verdiyi açıqlamada Harrı, təhlükəsizlikdəki dəyişikliklərin özünün və həyat yoldaşı Meqanın krallıqdan ayrılmasının qarşısını almağa yönəlmiş bir təşəbbüs olduğunu iddia edib. Bukinqem Sarayı isə bu iddianı qəti şəkildə təkzib edib.
Şahzadə Harrının bu vəziyyətin düzəldilməsində atasının kömək edə biləcəyini düşündüyü, lakin saray mənbələrinin bunun “tamamilə səhv” olduğunu bildirdiyi də qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya