Mərhəmət hissi itirsə, cinayətkar yetişir -AÇIQLAMA
07:31 08.10.2025
Sosial
674
Sosioloq xəbərdarlıq edir ki, valideynlər uşaqlarına canlılara hörmət öyrətməsə, nəticələr ağır olacaq
“Canlılarla şəfqətlə davranmağı, mərhəmət göstərməyi çox adam bacarmır. Bu xüsusiyyətlər uşaqlarda kiçik yaşlardan tərbiyə edilməli, mərhəmət hissinin əsası qoyulmalıdır. Təəssüf ki, valideynlər bunu etmir. Ağır nəticələrlə isə çox zaman özləri də qarşılaşır. Məsuliyyətsizlik, sayğısızlıq, kin, nifrət, qəddarlıq bumeranq effekti ilə valideynə qayıdır”.
Bu sözləri Sherg.az-a açıqlamasında sosioloq Mətanət Məmmədova Türkiyədə pişiyə işgəncə verərək öldürmüş şəxsə 3 il 8 ay həbs cəzası verilməsini şərh edərkən dedi.
Sosioloq bildirdi ki, insanlığa zidd belə bir qəddar hərəkət etmiş şəxsə daha ağır cəza verilməliydi:
- 3 il 8 ay nədir ki?!. O şəxsə bundan daha ağır cəza verməliydilər. İstər insan olsun, istər heyvan. Eləcə də bitki aləmi, təbiət, hamısı canlıdır. Mənim nəzərimdə insana işgəncə verildi, ya heyvana, ya da təbiətə zərər vuruldu, ağac kəsildi, yaşıllıq, meşəlik məhv edildi, eyni dərəcədə ağır cinayətdir. Bütün canlıları Allah yaradıb. Və bizə birgə mehriban şəraitdə yaşamağı buyurub. Amma biz insanlar həm özümüzə qənim kəsilmişik, həm də digər canlılara. İnsan digər insana işgəncə verib öldürür, buna görə ona uzunmüddətli cəza verirlər, heyvan da canlıdır. Ona işgəncə verən də ən ağır şəkildə cəzalanmalıdır ki, başqalarına görk olsun. Bilsinlər, əmin olsunlar ki, cinayətləri cəzasız qalmayacaq.
M.Məmmədova qeyd etdi ki, bəzən küçədə pişiklərə təpik atan, pişiyin quyruğundan tutub dartan, ümumiyyətlə, hər hansı canlıya əzab verən uşaqları görür. Və ən dəhşətlisi budur ki, belə hallarda uşağın yanındakı valideyni buna heç bir reaksiya vermir:
- Laqeyd qalır bir çox analar. Bəziləri hətta gülümsəyir, sanki övladı çox yaxşı bir hərəkət edir. Valideyn övladına demir ki, belə olmaz. O da bir canlıdır, incitmə. Bu gün cəzaçəkmə müəssisələrindəki cinayətkarların cinayət işləməsinə səbəb, bəlkə də, valideynləri, onların zamanında övladlarına düzgün tərbiyə verə bilməməsidir. Belə söyləyəndə, valideynlər etiraz edir, özlərini günahsız sayır, “o qədər demişəm, etmə, düzəlmir”, söyləyirlər. Belə deyil. Tərbiyənin müxtəlif üsulları, yönləri var. Bir gün uşaq küçədə yerə düşmüş qələmi götürüb evə gəlir. Ola bilər ana, ata buna sadə bir şey kimi baxır. Qələmdir, nə olar götürəndə. Əgər valideyn qələmin – başqasına məxsus bir əşyanın evə gətirilməsinə etiraz etmirsə, sabah uşaq başqa bir əşya da gətirəcək. Beləcə uşağın başqasının əşyasını özünküləşdirmək, buna adi bir hal kimi baxmaq xüsusiyyəti formalaşacaq. Böyüdükcə o, daha böyük oğurluqlara əl atacaq. Heyvanlara qarşı davranış da belədir. Valideyn əgər bu gün kiçik yaşlı övladının pişiyə, digər hansısa canlıya işgəncə verdiyini görür və onu bundan çəkindirmirsə, o uşaq sabah daha ağır hərəkətlərə, cinayətlərə əl atacaq. İnsanın cinayətə yolu belə uzanır. Əgər valideyn heyvanla sərt davranan övladını tənbeh etsə, o, bir daha bunu etməz. Bir dəfə qarşıma pişiyə işgəncə verən şəxsin videosu çıxdı. Həmin videonu görüb ağladım. Həm o pişiyə görə, həm də böyütdüyümüz uşaqlara görə ki, gör necə insanlar formalaşdırırıq! Biz cəmiyyətə kimi veririk? Yəni biz heyvanlara işgəncə verən, küçələri çirkləndirən, parkları zibilləyən, ağacları kəsən, ətraf mühiti bərbad edən nadan nəsil yetişdiririk? Bu cür insanların hər birinin arxasında nadan valideyn dayanır. Hər bir pis əmələ vaxtında lazımi reaksiya verilsə, belə olmaz. Hesab edirəm ki, hər bir valideyn əvvəlcə özünü tərbiyə etməlidir. İnsanlara baxın, hamı başıaşağıdı. Hamının başı telefona qarışıb. Niyə başıaşağı olmuşuq? Başımızı qaldıraq, ətrafa baxaq, telefondan, seriallardan gözümüzü çəkib övladlarımızın necə böyüdüyünə baxaq. Nə edirlər, necə davranırlar. Uşağı öyrətmək, onda ətraf mühitə, canlı aləmə məhəbbət, şəfqət, mərhəmət hissi aşılamaq lazımdır. Uşaq qəddarlığa meyillidirsə, deməli, psixologiyasında problemlər var. Bunun səbəbi də valideynlərdir.
Sosioloq sərt cəzaların labüd olduğunu dedi:
- Bizim cəmiyyətin insanları sərt cəzalara daha meyillidir. Sözlə, maarifçiliklə çətin dəyişirlər. Avropada da vaxtilə belə olub. Əvvəlcə cəzalarla, cərimələrlə cəmiyyəti neqativlərdən çəkindiriblər, nəticədə getdikcə nümunəvi cəmiyyət formalaşdırıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya