
Tbilisi və Vaşinqton arasında gərginlik artmaqdadır - ŞƏRH
01:53 23.10.2025
Region
488
ABŞ-nin səssizliyi diplomatik pauza deyil, siyasi xəbərdarlıq kimi oxunacaq
Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ-nin ölkəsi ilə münasibətləri normallaşdırması istiqamətində addım atmamasını "təəccüblü" adlandırıb. O, Prezident Donald Tramp ilə hakim "Gürcü Arzusu" Partiyasının dəyərlərinin tam uyğun olduğunu söyləyib. Kobaxidze qeyd edib ki, münasibətlərin bərpasının daha da uzanması "dərin dövlət"in qələbəsinə gətirib çıxara bilər. Kobaxidzenin fikrincə, "dərin dövlət" hazırda ABŞ Dövlət Departamenti üzərində böyük təsirə malikdir: "Gəlin səbirli olaq və görək, sonda kim qalib gələcək.
Əsas odur ki, bizim bəyanatımıza cavab olaraq yeni administrasiyanın konkret addımlarını görək. Biz keçmişi, inqilabın təşviqini, USAID-i, NED-i, bütün bu məsələləri unuda bilərik. Təmiz səhifə və konkret istiqamətlərlə ABŞ və Gürcüstan tərəflərinin maraqlarına uyğun istənilən məsələni müzakirə etməyə, bütün bunları yeni razılaşmada əks etdirməyə də hazırıq". Məlumat üçün bildirək ki, Gürcüstan hökumətinin əməkdaşlıqla bağlı Tramp Administrasiyasına müraciətləri cavabsız qalıb.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-a deyib ki, son vaxtlar Tbilisi və Vaşinqton arasında gərginlik artmaqdadır. Ekspert vurğulayıb ki, hakim "Gürcü Arzusu" Partiyasının dəyərləri Donald Tramp Administrasiyasının prinsipləri ilə yaxın görünə bilər. Amma bu, münasibətlərin qaydaya düşməsi üçün yetərli deyil:
"Gürcüstanda qəbul edilən "Xarici təsir agentləri haqqında" qanun Qərb dövlətləri, xüsusən ABŞ tərəfindən demokratiyaya zidd addım kimi qiymətləndirilib. Ağ Ev hesab edir ki, bu qanun qeyri-hökumət təşkilatlarının və müstəqil medianın fəaliyyətinə ciddi nəzarət mexanizmləri gətirir. ABŞ Dövlət Departamenti bu təşəbbüsü "avtoritar tendensiyaların güclənməsi" kimi dəyərləndirib. Eyni zamanda, seçki proseslərində şəffaflıqla bağlı iradlar və sabiq Prezident Mixael Saakaşvilinin həbsdə qalması da Vaşinqtonun etimadını zəiflədən amillər sırasındadır".
S.Əsədli qeyd edib ki, Brüssel və Vaşinqtonla münasibətlərdə gərginlik fonunda gürcü hökumətinin bəzi bəyanatları Rusiya ilə "neytral və ya praqmatik" siyasət yürütmək niyyətini ortaya qoyub:
"Qərb dairələri bu dəyişiklikləri Gürcüstanın Avro-Atlantik istiqamətdən uzaqlaşması kimi qəbul edir. ABŞ üçün Gürcüstanın bu kursa sadiqliyi strateji əhəmiyyət daşıyır. İrakli Kobaxidze dəfələrlə Ağ Evə müraciət edərək münasibətlərin bərpası üçün dialoqa çağırıb. Lakin məktublar cavabsız qalıb. ABŞ tərəfi əvvəlcə Tbilisinin daxili və xarici siyasi kursunda real dəyişiklik görmək istəyir. Əgər Tbilisi Avropa və Amerika ilə əməkdaşlıqda əvvəlki dinamikanı bərpa etmək istəyirsə, ilk növbədə daxili demokratik institutları möhkəmləndirməli, insan haqları və azad media prinsiplərinə əməl etməlidir.
Əks halda, ABŞ-nin səssizliyi diplomatik pauza deyil, siyasi xəbərdarlıq kimi oxunacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm