Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər -Proqnoz
12:11 15.05.2025
Region
368
Kreml bundan sonrakı dövrdə Ermənistanı Rusiyanın qeyri-rəsmi quberniyasına çevirməyə cəhd edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana mümkün səfəri hazırda gündəmdə olan əsas siyasi mövzulardan birinə çevrilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib. Onun sözlərinə görə, səfərlə bağlı müzakirələr aparılır və zaman yetişdikdə bu barədə ətraflı məlumat veriləcək.
Zaxarovanın bu açıqlaması həm regionda, həm də beynəlxalq səviyyədə müxtəlif ehtimalları gündəmə gətirib. Ermənistanın son dövrlər Qərblə yaxınlaşma cəhdləri, Rusiyanın narazılığı və regional geosiyasi reallıqlar fonunda Lavrovun səfəri sıradan bir diplomatik addım deyil, əksinə, mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər.
Politoloq Elçin Xalidbeyli Sherg.az-a açıqlamasında bildirib ki, Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya siyasəti iflasa uğrayıb.
"Görünür ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri Ermənistanın gələcək talehini birbaşa müəyyənləşdirəcək. Çünki son vaxtlar Ermənistanın ABŞ və Qərbdən dəstəyi zəifləməyə başlayıb. Paşinyan hakimiyyəti anlayır ki, Qərbə inteqrasiya siyasəti iflasa uğrayıb və Rusiyanın hiddətləndiyi bir dövrdə onunla ilə qarşıdurma təhlükəlidir. Buna görə də Ermənistanın Baş naziri Nikol Paşinyan Böyük Qələbənin 80 illiyi münasibətilə keçirilən paradda iştirak etdi. Sözügedən hadisə göstərir ki, Ermənistan taleyüklü seçim qarşısındadır. Əgər İrəvan yenidən Moskvanın orbitinə qayıtmasa, yaxınlaşan parlament seçkisi ərəfəsində Rusiya kəşfiyyatının Ermənistanda dövlət çevrilişi etmə ehtimalı yüksəkdir. Çünki Rusiyaya bağlı kilsə və Qarabağ klanının idarə etdiyi radikal-revanşist düşərgə artıq bu seçkilər ərəfəsində Paşinyan hakimiyyətini devirməyə hazırlaşdığını gizlətmir. Bu baxımdan, Ermənistanda dövlət çevrilişi baş verə bilər. Buna görə də Ermənistan yenidən Rusiya ilə münasibətlərini normallaşdırır. Bu istiqamətdə müəyyən addımlar atır. Əgər belə davam edərsə, Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər".
Ekspert əlavə edib ki, Kreml bundan sonraki dövrdə Ermənistanı Rusiyanın qeyri-rəsmi quberniyasına çevirmək istəyir:
"Paşinyan hakimiyyəti nə qədər müqavimət göstərsə də, Ermənistan yenidən Rusiyanın nəzarəti altına keçmiş olacaq. Hətta Kreml bundan sonrakı dövrdə Ermənistanı Rusiyanın qeyri-rəsmi quberniyasına çevirməyə cəhd edəcək".
Fidan Fərhad
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol