Moskvada isti hava temperatur rekordunu qırıb

"Moskvada iyulun 10-da havanın temperaturu +33.7 dərəcə təşkil edib ki, bu da yeni rekord sayılır".

Oxu.Az-ın xəbərinə görə, bunu TASS-a Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.

Onun sözlərinə görə, Rusiya paytaxtında havanın temperaturu 1996-cı ildə qeydə alınan əvvəlki göstəricini 0.3 dərəcə ötüb.

1996-cı ildə Moskvada +33,4 dərəcə isti qeydə alınmışdı.

Qeyd edək ki, iyulun 7-dən 10-dək Moskvada narıncı hava təhlükəsi səviyyəsi qüvvədədir.