Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb.
APA-nın Türkiyə müxbirinin yerli KİV-ə istinadən verdiyi xəbərə görə, Ukraynanın Ankaradakı səfiri Nariman Cəlilov Qara dənizdə Türkiyəyə məxsus gəminin və onu yedəyə almaq üçün göndərilən digər gəminin hədəfə alınması ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüş zamanı Türkiyənin sözügedən hücumlarla bağlı reaksiyası qarşı tərəfə çatdırılıb, Qara dənizdə insanların, əmlakın, gəmiçilik və ətraf mühitin təhlükəsizliyinin qorunmasının vacibliyi vurğulanıb və zəruri xəbərdarlıqlar edilib.