Dünyanın “ən yaxşı” pasportu: Azərbaycan neçəncidir?

İsveçrənin “Henley&Partners” şirkəti dünyanın ən cəlbedici pasportlarının reytinqini açıqlayıb.

Reytinqə Yaponiya rəhbərlik edib. Belə ki, bu ölkənin pasportu ilə 191 ölkəyə səfər etməyin mümkün olduğu vurğulanıb.

Yaponiyadan sonrakı yerdə Sinqapur, Almaniya və Cənubi Koreya qərarlaşıb. Bu ölkələrin pasportu ilə müvafiq olaraq 190 və 189 ölkəyə səfər etməyin mümkün olduğu bildirilib.

Azərbaycan siyahıda 76-cı yerdə qərarlaşıb. Ölkəmizin pasportu ilə 67 dövlətə səfər etmək olar.

Rusiya siyahıda 51-ci, Türkiyə 55-ci, Ermənistan 81-ci, İran 98-ci yerdə qərarlaşıb.