“Şeytandan” gizlənən şəxs kilsəyə hücum edib

İspaniyada qeyri-adi hadisə baş verib. Xarici mətbuat xəbər verir ki, bir nəfər idarə etdiyi avtomobillə birlikdə kilsəyə daxil olub. Hadisə İspaniyanın Sonseca şəhərində yerləşən “San Xuan Evangelista” kilsəsində baş verib.

Belə ki, naməlum sürücü avtomobili kilsəyə doğru sürüb və kilsənin qapılarını sındıraraq məbədə daxil olub. Sürücünün qeyri-adi hərəkəti bununla da bitməyib. O, kilsə oturacaqlarını sındıraraq məbəddə yerləşən “qurbangah”a qədər irəliləyib.

Lakin naməlum şəxs çox keçmədən Sonseca şəhərinin polis əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün verdiyi ifadə də davaranışı qədər qeyri-adi olub. Belə ki, o, şeytandan gizləndiyi üçün kilsəyə qaçmağa məcbur olduğunu bildirib.