Di Kaprio Avstraliyaya 3 milyon yardım etdi

Amerikalı məşhur aktyor Leonardo Di Kaprio Avstraliyada meşə yanğınlarının qarşısının alınması üçün 3 milyon dollar yardım ayırıb.

Kult.az xəbər verir ki, bu məlumatı Di Kaprio öz İnstaqram səhifəsində paylaşıb.

Aktyor yardımın vəhşi təbiətin qorunması və bərpası, eləcə də yanğından əziyyət çəkən əhali üçün xərclənəcəyini bildirib.

Qeyd edək ki, Avstraliyada dəhşətli meşə yanğınları keçən ilin oktyabrından davam edir.