Belarusda robot-jurnalist hazırlanır


Belarusda süni intellekt hesab edilən robot-jurnalist hazırlanır.

AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, “HostFly.by” hosting provayderinin rəhbəri Aleksandr Xmıl Belarusda insan müdaxiləsi olmadan həmsöhbətlərə suallar verə biləcək və cavablara əsaslanan mətnlər hazırlayacaq süni intellektin artıq ilk sınaqdan keçirildiyini deyib. Robot-jurnalist ilk olaraq yerli nəşrlərin birində fəaliyyət göstərəcək.

Süni intellekt həmsöhbətini qiymətləndirəcək və müəyyən bir şəxs haqqında məlumatlara əsaslanan suallar yarada biləcək. Eyni zamanda, robot-jurnalist həmsöhbətin psixoloji qiymətləndirməsini aparmaq və ona emosional reaksiya verəcək sualları seçmək iqtidarında olacaq.