"Baxışları qəribədir" deyə tərk edilmişdi... 150 nəfər müraciət etdi! - FOTOLAR


ABŞ-da "qəribə baxışlarına"  görə heyvanlar sığınacağına verilən və 2 ildir kimsənin sahiblənmədiyi Xaski cinsli it  gündəm olub. Facebookda yayılan romantik bir elanın ardından itə sahiblənmək üçün 150 nəfər müraciət edib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Jubilee adlı 4 yaşlı Sibir qurdu (Xaski) bir az əvvəl eyni cinsli it saxlayan bir ailəyə verilib.

"Husky House" adlı heyvanxananın səlahiyyətlisi, göz qapaqlarındakı problem üzündən çaş gözlə baxan iti onlara 2018-ci ildə bir it saxlayan tərəfindən buraxıldığını söyləyir.

Səlahiyyətlinin sözlərinə görə, sahibi iti buraxarkən "Gözləri həddindən artıq qəribə olduğu üçün heyvanı satmaq şansım yoxdur" deyib.



Sağlamlıq problemi olmayan itə iki il kimsə sahiblənmədiyi üçün sığınacaq keçən çərşənbə axşamı Facebookda bir elan verir.

Elanda  bu sözlər qeyd olunur:

 "Qəribə baxışlı olduğum üçün sığınacağa verdilər. Xaski fövqəladə itlərdir. Amma mən bilmirəm niyə onlara bənzəmədim. Kaş ki, gözəl olsaydım, indi kimsə məni evinə götürərdi" .

Sığınacaq səlahiyyətlisi CNN-ə verdiyi aşıqlamada mesajlarının ictimai mediada böyük maraq görməsinə çaşdıqlarını ifadə edərək "Hər kəsin bizim kimi, onun gözəl olduğunu düşünməsi bizi çox sevindirdi" deyə bildirib.



Jubileenin şənbə günü bir ailəyə təslim edildiyi məlum olub.

Turan