Atatürkün nadir FOTOLARI üzə çıxdı

Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün bu vaxta qədər heç yerdə yayımlanmayan fotoları üzə çıxıb.

Axar.az xəbər verir ki, fotolar türkiyəli sabiq deputat Osman Şevki Bəyin ötən ilin noyabrında vəfat edən qızı Ela Uludağın arxivindən tapılıb.

Fotoları E.Uludağın nəvəsi İrəm Ela Yıldızeli paylaşıb. O, fotoları təsadüfən tapdığını və babası Osman Şevki Bəyin öz fotoaparatı ilə Atatürkün qatarla Ankaraya gəldiyi vaxt çəkdiyini bildirib.

Qeyd edək ki, 1889-cu ildə Bursada doğulan Osman Şevki Bəy xəttat, tibb tarixçisi, bəstəkar, yazıçı və millət vəkili olub. O, 1964-cü ildə İstanbulda vəfat edib. Turizm bölgəsi kimi məşhur olan Uludağın adını da Osman Şevki Bəy qoyub.