Zəlzələ Şabanın evini dağıtdı - FOTOLAR

Türkiyənin Elaziğ vilayətində baş verən zəlzələdə ölkənin məşhur aktyoru Kamal Sunalın da evinin dağıldığı məlum olub.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yeşilçamın unudulmaz aktyorlarından olan K.Sunalın 1944-cü il noyabrın 11-də dünyaya gəldiyi Doğanyol rayonunun Gökçe məhəlləsindəki evi baş verən zəlzələyə davam gətirməyib.

Ötən ilin dekabr ayında yenə Elazığda baş verən 4,9 ballıq zəlzələ nəticəsində zərər görən ev, bu il baş verən 6,8 ballıq zəlzələdən sonra tamamilə dağılıb.

Usta aktyorun əmisinin nəvəsi evin, sadəcə divarlarının qaldığını açıqlayıb: “Kamal Sunal atası dünyasını dəyişmədən öncə kəndimizə ziyarətə gəlirdi. Buranı yaddan çıxarmamışdı. Hətta ölməmişdən əvvəl gəlib bir neçə ay bu evdə qalmışdı. Biz onun oğlu Əli Sunaldan maddi dəstək gözləmirik. O, atasının doğulduğu evin dağıldığını bəlkə bilmir, amma nəticədə buralıdır. Ən azından, buraya gəlib mənəvi dəstək verə bilərdi, amma gəlmədi. Heç zəng də etmədi”.