İllərdir ziyarət edilən türbə mavzoley imiş - FOTO

Türkiyənin Marmaris bölgəsində Turqut məhəlləsində əhalinin illərdir ki, ziyarət etdiyi “Çağ baba” adlı tikilinin, əslində, türbə deyil, e.ə. III minilliyə aid mavzoley olduğu ortaya çıxıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, illərdir ziyarət edilən türbə əslində həmin dövrdə yaşamış yunan döyüşçü Diaqoras və xanımı Aristomakhaya aid piramida şəkilli məzarı imiş.

Məlumata görə, ərazidə araşdırmalar iki il əvvəl başlayıb.

Türkiyədə bu günədək dağılmamış qalan yeganə piramidaşəkilli tarixi əsərin xəzinə axtaranlar tərəfindən talan edildiyi də məlum olub.