Təmir olunsun deyə küçəyə Putinin adını verdilər

Rusiyanın Ulyanovsk vilayətindəki Lısoqorsk qəsəbəsində küçələrdən birinə ölkə Prezidenti Vladimir Putinin adını veriblər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, buna səbəb ictimaiyyətin diqqətini kommunikasiya xətlərinin çəkilməsinə yönəltməkdir.

Küçənin adının dəyişdirilməsi barədə qərar hələ ötən ilin dekabrında verilsə də, bu barədə indi xəbər tutublar. İndi Lısoqorskun küçələri arasında Stalinin adını daşıyan, eləcə də Qələbənin 75 İlliyi, Veteranlar, Sülh, Dostluq və s. küçələri var.

Podkurovsk kənd icmasının başçısı Valentina Prokudina deyib ki, bir neçə il əvvəl burada çoxuşaqlı ailələr və hərbçilər üçün 800 sahə ayrılıb. Ancaq qəsəbədə nə işıq, nə qaz, nə su var, adları sadalananların magistral xətləri isə qəsəbənin düz yanından keçir, sadəcə qoşulmaq lazımdır.

Yerli deputatlar şurası sakinlərin xahişlərinə səs verərək dəfələrlə rayon rəhbərliyinə müraciət edib, ancaq bələdiyyə hər dəfə buraya kommunikasiya xətlərini çəkmək məsələsini gündəmdən çıxarıb.

Bundan təngə gələn sakinlər Prezidentin adını küçəyə veriblər: "Bəlkə, heç olmasa bundan sonra diqqət yetirərlər. Qələbənin 75 İlliyi, Veteranlar, ya da Putin küçəsinin necə bərad halda olduğundan utanarlar", - Prokudina deyib.