Nurməhəmmədov: “Sübut etməlisən ki...”

Həbib Nurməhəmmədovun əmisi oğlu Ömər Nurməhəmmədov Mütləq Döyüş Çempionatında (UFC) çıxış edəcək.

Bu barədə məlumatı UFC çempionu “Instagram” səhifəsində paylaşıb.

O, UFC-də ilk addımlarını atacaq əmisi oğluna “sübut etməli olduğun çox şey var”, - yazaraq nəsihət edib.

H.Nurməhəmmədov qeyd edib ki, Ö.Nurməhəmmədov bütün yüksək göstəricilərə malikdir və sübut etməlidir ki, onun yeri dünyanın ən yaxşı döyüşçüləri sırasındadır.