Çoşqaları sosiallaşdırmaq üçün işçi axtarırlar

 ABŞ-ın Cənubi Karolina ştatındakı sığınacaq çoşqalara "sosiallaşmağa" kömək edəcək könüllülər axtarır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "The Mirror" yazıb.

Vakansiyada qeyd olunur ki, işçinin vəzifəsinə heyvanları qucaqlamaq, onları qaşovlamaq, həmçinin peçenye yedirtmək daxildir. Sığınacağın sahibləri hesab edirlər ki, bu, çoşqalara insanlara isinişməyə və yeni sahiblər üçün hazır olmağa imkan yaradacaq.

Hazırda fermada 100 donuz, eləcə də digər heyvanlar var. Sığınacaq sahibləri deyiblər ki, çoşqalara kömək etmək istəyən, amma onları qucaqlamağa imkanı olmayanlar sadəcə ianə verə, ya da heyvanlar üçün nə isə alıb göndərə bilərlər.