Koronavirusa yoluxan qadın sağlam uşaq dünyaya gətirdi - FOTO

Koronavirusa yoluxan qadın sağlam uşaq dünyaya gətirib. EGNS-in xəbərinə görə, hadisə Xeylunçzyan əyalətinin Xarbin şəhərində baş verib.

Hamiləliyinin 38-ci həftəsində olan, koronavirusa yoluxaraq vəziyyəti pisləşən qadına həkimlər keysəriyyə əməliyyatı məsləhət görüblər.

Əməliyyat nəticəsində 3,05 kiloqram çəkidə qız uşağı dünyaya gəlib.

Həkimlər onun sağlamlığını Apqar şkalasına uyğun ən yüksək - 10 balla qiymətləndiriblər.

Yeni doğulmuş körpədən iki dəfə alınan analizlərin nəticəsinə görə, uşaqda koronavirus aşkar edilməyib.

Hazırda ana və körpəsi təcrid olunmuş palatada həkim nəzarətindədirlər.

Həkimlərin bildirdiyinə görə, ananın vəziyyəti yaxşılaşır.