Tanınmış aktyor “Oskar” mərasimində jim etdi

Aktyor Tom Henks Los-Anceles şəhərində keçirilən Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatının 92-ci təqdimetmə mərasimində jim hərəkətləri etməklə diqqət çəkib.

REN TV məlumat verir ki, qırmızı xalı üzərində hərəkət edən 64 yaşlı aktyor tədbirdə iştirak etməyə gələn hərbçilərdən birinə jim hərəkətində yarışmağı təklif edib.

Aktyor və ABŞ Hərbi Dəniz Qüvvələrinin zabiti 20 dəfə jim edərək tədbirə gələnləri təəccübləndirməyi bacarıb.