Azərbaycanda şirkət rəhbəri maşınını evə çevirdi – FOTO

"VİP Eskort Motors" avtomobil şirkətinin rəhbəri Rəşad Quliyev şəxsi avtomobilini otelə çevirib.

Axar.az xəbər verir ki, işi ilə əlaqədar xarici ölkələri tez-tez səfər edən R.Quliyev “otellərə xərclədiyim pullarla ev ala bilərəm” düşüncəsi ilə özünün “Fiat Ducato CamperVan” avtomobilindən “Mobil otel” yaradıb.

R.Quliyev ev-avtomobilin hazırlanmasına bir ay vaxt sərf edib. Avtomobilin içi 2 nəfərlik yataq, mətbəx, isti və soyuq su, kombi sistemi, hamam-tualet, yemək masası, divan və digər ən müasir texniki avadanlıqlarla təchiz olunub. R.Quliyev bunu öz dizaynı və əl qabiliyyəti ilə ərsəyə gətirib.

Şirkət rəhbəri bildirib ki, artıq dünyanın istənilən ölkəsində evi var.