Dünyanın ən bahalı kartof qızartması - FOTO

Nyu Yorkdakı bir restoranda dünyanın ən bahalı kartof qızartması Ginnesin Rekordlar Kitabına düşüb.
“Sherg.az” “Ntv.com”a istinadən bildirir ki, üzərinə yeməli qızıl tozu səpilən qızardılmış kartofun bir boşqabı 200 dollara satılır.
Böyüklər və uşaqlar tərəfindən sevilən və demək olar ki, həmişə garnitür kimi istifadə edilən kartof əsas yemək olaraq da təqdim edilir.
Kartof qızardıqdan sonra  truffle tozu və truffle yağı ilə ədviyyatlanır və xidmətə hazır vəziyyətə gətirilir.