212 qram doğuldu! Dünyanın ən kiçik körpəsi möcüzəyə çevrildi

Sinqapurda dünyanın ən kiçik körpəsi olaraq dünyaya gələn və 212 qram ağırlığında, 24 sm uzunluğundakı Kvek Yu Xuan 13 ay reanimasiyada qaldıqdan sonra evə buraxıldı.
Körpənin anasına preeklampsi diaqnozu qoyulduqdan sonra doğuş təcili olaraq qeysəriyyə yolu ilə 4 ay tez baş verdi. Preeklampsi diaqnozu həyati orqanlara zərər verə bilən, həm ana, həm də körpə üçün ölümcül təhlükə yaradan təhlükəli yüksək təzyiqdir.
“Sherg.az” “Haberler.com”a istinadən bildirir ki, hamiləliyin 25 -ci həftəsində doğulan Yu Xuan hazırda 6,3 kiloqram ağırlığındadır.
Sinqapur Milli Universitet Xəstəxanasından bildirilib ki, körpənin doğulduqda sağ qalma şansı çox məhdud idi. Xəstəxanadan verilən açıqlamada deyilib:
“Yu Xuan bütün çətinliklərə baxmayaraq, inadkarlığı və böyüməsi ilə ətrafındakı insanlara ilham verdi”.