Robotlar tarlada çalışacaq - FOTO

Britaniyalı alimlər tarlada işləyən robotlar hazırlayıblar. Alimlərin iddiasına görə, robotlar 5 il sonra tarlalarda insan yerinə çalışacaqlar.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, robotlar tarladakı məhsula nəzarət edir, alaq otlarını aşkarlayır və böcəklərə qarşı dərmanlardan istifadə edir. Sistem iki robotdan ibarətdir.
"Tom" adlı robot tarlaları gəzir. Xüsusi kameraları ilə sahədəki hər bir bitkini ayrı -ayrılıqda izləyir, nə qədər böyüdüyünü, su ehtiyacını və sağlamlıq vəziyyətini yoxlayır. Bütün bu məlumatlar fermerlərin kompüterlərinə real vaxt rejimində ötürülür. Digər işlərin görülməsində isə "Dik"adlı robot işə düşür.

Alimlər süni intellektlə təchiz edilmiş bu robotların həm məhsulun miqdarını, həm də keyfiyyətini artıracağını söyləyirlər.
Robot hətta bir böcəyi belə aşkarlayacaq və dərmanları birbaşa və lokal olaraq tətbiq edəcək.