Putinin sevgilisi üzüyü ilə diqqət çəkdi - FOTO

Rusiya prezidenti Vladimir Putinin sevgilisi olduğu iddia edilən və gimnastika üzrə keçmiş olimpiya çempionu olan Özbəkistan əsilli Alina Kabaeva 2.5 il sonra ortaya çıxıb.
“Sherg.az” “Milliyet.com”a istinadən xəbər verir ki, Kabaeva Putinin 2014 -cü ildə həyat yoldaşı Lyudmila ilə boşanmasına səbəb olub.
İddia edilir ki, Alinanın Rusiya lideri ilə əkiz uşaqları var. Əkizlərini dünyaya gətirmək və böyütmək üçün 2.5 il gizləndiyi deyilən Kabaeva ötən gün “Rusiya1” dövlət kanalında yayımlanan videoda ictimaiyyət qarşısına çıxıb. Kabaevanın barmağında toy üzüyünə bənzər bir üzük olması diqqət çəkib.