Qeyri-adi qərar: Fillərin 4 saatdan çox işləməsi qadağandır

Şri Lankada fillər üçün qanun qəbul edilib. Qanuna görə, fillər 4 saatdan artıq işləməyəcək, onlara biometrik şəxsiyyət vəsiqələri veriləcək və balaları analarından ayrılmayacaq.
“Sherg.az” “Haberglobal.com”a istinadən xəbər verir ki, hətta fillər üçün DNT möhürlü fotoşəkil şəxsiyyət vəsiqələrinin olması məcburi edilib.
Qanun fil balalarının mədəni yarışlarda belə işlədilməməsini qadağan edir. Qanuna əsasən fil sahibləri hər 6 ayda bir heyvanı tibbi müayinədən keçirməli və hər gün 2.5 saat çimizdirməlidir. Həmçinin yaxşı yastıqlı bir yəhərə oturmaq şərti ilə filə eyni anda maksimum 4 nəfər minə bilər.