KURİOZ! - Ögey bacı və qardaş evləndi

2015-ci ildə İtaliyada Motosiklet Qran Prisində dünya çempionu olan ilk portuqaliyalı sürücü Mikel Olivera bu ilin əvvəlində ögey bacısı ilə evlənib.
“Sherg.az” “Haberglobal.com”a istinadən xəbər verir ki, Olivera artıq həyat yoldaşının hamilə olduğunu elan edib.
2019-cu ildə ögey bacısı ilə münasibətlərini açıqlayan 26 yaşlı dünya çempionu 11 il saxladığı əlaqənin detallarından danışıb. Olivera valideynləri evləndikdən sonra ögey bacısı ilə 13 yaşında tanış olub. Cütlük bu ilin iyul ayında ailə həyatı qurub.
Olivera “İnstagram”da toy gününün görüntülərini paylaşaraq aşağıdakı sözləri yazıb:
“Həyatımızın ən vacib anını yaşadıq. Evliliyimizi sizinlə bölüşmək istəyirik. Həyatımı digər yarım, həyat yoldaşımla bölüşməkdən xoşbəxtəm və özümü çox şanslı hiss edirəm”.