Bu qadın Ginnesin Rekordlar Kitabına düşdü: ağzının böyüklüyünə görə... - Fotolar

Avqustun əvvəlində dünyanın ən böyük ağzına sahib qadını olaraq Ginnesin Rekordlar Kitabına düşən 31 yaşlı TikTok fenomeni Samanta Ramsdell hər keçən gün şöhrət qazanır.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, böyük sandviç yediyi videolarını paylaşan Ramsdellin Tiktokda 1,8 milyon izləyicisi var və təxminən 51 milyon bəyənmə alıb.
Ramsdellin ağız ölçüləri Ginnes tərəfindən təyin olunub. TikTok fenomeninin ağzı şaquli olaraq 6.56 santimetr açılır. Son zamanlarda paylaşdığı böyük sandviç yemək videoları ilə gündəmə gələn Samanta həmişə ağzının böyük olduğunu söyləyib:
“Ağzımdan ötrü bu qədər məşhur olacağımı düşünməmişdim. Əvvəllər böyük ağız olmağımı istəmirdim, kiçik yaşlarımda dostlarım mənə lağ edirdi. Özümə güvənmirdim və ağzımı kiçiltmək istəyirdim. İndi isə bu, mənim üçün ən yaxşı şeylərdən biridir”.