Qarğıdalı sahəsini labirintə çevirdilər - FOTOLAR

Kanadanın Çillivak kəndində bir fermadakı labirint qarğıdalı sahəsi insanların diqqətini cəlb edir.
“Sherg.az” türk mediasına istinadən bildirir ki, kanadalı bir fermer qarğıdalı sahəsinə yeni nəfəs verib.
Sahə ziyarətçilərin kənd təsərrüfatı ilə yanaşı gəzə biləcəyi bir labirintə çevrilib. Turistik bölgəyə çevrilən labirintə girmək ödənişlidir. Sahənin sahibi labirintə girmək istəyən böyüklərdən 12.75 Kanada dolları, uşaqlar üçün isə 10.75 Kanada dolları alır.