Xərçəngə tutuldu, həkim 1 il yaşayacaqsan dedi, o isə...  - Gözlənilməz sonluq! + Fotolar



  Miranda Simard adlı qadın xərçəng xəstəliyindən müalicə olunurdu, həkimlər isə ona yalnız 1 il yaşaya biləcəyini söyləmişdi.
“Sherg.az” “Haberler.com”a istinadən xəbər verir ki, həkimlər Mirandaya 1 il ömrü qaldığını desələr də, belə olmadı.
Cəmi 19 yaşında ikən infarkt keçirən Simarda milyonda bir dəfə ortaya çıxan çox nadir bir xərçəng növü diaqnozu qoyuldu. Miranda 1 il yaşayacağını öyrəndikdən sonra arzularını həyata keçirmək istəyib. Bütün həyatını qənaət edərək keçirən qadın həyatının 12 ayını lüks otellərdə, ekzotik tətillərdə və sevdiyi insanlarla birlikdə keçirib. Ancaq həkimlərin proqnozları doğru çıxmayıb və Miranda Simard 1 ilin sonunda sağ qalmağı bacarıb.
 Tik-Tok hesabında hekayəsini izah etdiyi bir video yayımlayan M.Simard qısa müddətdə populyarlaşıb. Sosial mediada açıqlama verən Miranda həyatın ona hazırladığı hər şeyə hazır olduğunu bildirir.