7200 il əvvəl ölən qadının DNT nümunəsi tapıldı - Foto

İndoneziyanın Sulavesi adasındakı “Leang Panninge” mağarasında tapılan gənc qadının DNT nümunəsi ortaya çıxıb.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, təxminən 7200 il əvvəl öldüyü təyin olunan qadına “Besse” adı verilib.
Dəfn zamanı 17-18 yaşlarında olduğu müəyyən edilən qadının yanında daş alətlər və qırmızı oxra aşkar edilib. Tədqiqatçılar “Besse”'nin genetik analizinin erkən insan köçləri ilə bağlı əvvəlki məlumatları çətinləşdirdiyini söyləyiblər.

Araşdırmanı aparan “Griffith” Universitetinin professor Adam Brumm sözügedən DNT nümunəsinin nadir tapıntı olduğunu söyləyib:

“Nəmli tropiklər qədim insan sümüklərində və dişlərində DNT -ni qorumasına əngəldir. Cənub-Şərqi Asiya materikində tapılan yalnız bir və ya iki neolit ​​əvvəli skelet var. Qədim insanların genetik müxtəlifliyi, populyasiya hərəkətləri və demoqrafik tarixi haqqında yeni məlumatlar öyrənirik”.