Dişi köpək balığı erkək olmadan doğdu

İtaliyadakı "Cala Gonone" akvariumunda son 10 ilini başqa bir dişi köpək balığı ilə keçirən Mustelus adlı köpək balığının balası doğulub.
"Sherg.az" "Sabah.com"a istinadən xəbər verir ki, Mustelusun balası da dişidir.
Elm adamları bala köpək balığına "Ümid" mənasına gələn  "İspera" adını veriblər.
Araşdırmalar zamanı bəlli olub ki, "Partenogenez" cinsli köpək balıqları öz yumurtalarını dölləşdirə bildikləri zaman balalayırmış. Bu nadir hadisə isə ilk dəfə Mustelus köpək balığında görülüb. Ancaq bu cinsdəki köpək balıqları "Y" xromosomunu ötürə bilmədikləri üçün balaları hər zaman dişi olur.