Dünyanın ən dözümlü canlısı gəzərkən görüldü

Elm adamları dünyanın ən dözümlü canlıları olaraq bilinən su ayısının necə gəzdiyini araşdırıb.
“Sherg.az” “Milliyet.com”a istinadən xəbər verir ki, su ayıları indiyə qədər kosmosda dözümlülük testlərindən keçirilib.
Ancaq yeni bir araşdırmada elm adamları bu canlıların dözümlülüyünə deyil, əsasən gündəlik həyatlarına diqqət yetiriblər. Video görüntülərdə su ayısının  8 qısa ayaqları üzərində gəzintisi əks olunub.
ABŞ-dakı Rokfellər Universitetinin professoru Jasmin Nirodi bildirib ki, araşdırma zamanı su ayılarının addımlarını böcəklər kimi atdıqları bəlli olub.