Dünyanın ən böyük çiçəyi açdı - FOTOLAR

 İndoneziyanın Bengkulu şəhərindəki bir evin bağçasında ölkədə nadir olan və milli çiçək sayılan “Rafflesia arnoldii” çiçək açıb.
“Sherg.az” “Ntv.com”a istinadən bildirir ki, “Cəsəd çiçəyi" olaraq bilinən “Rafflesia arnoldii”, adını çürük ət ətrindən alır.
Çiçək bitki olmasına baxmayaraq, fotosintez etmir, kökləri və yarpaqları yoxdur. Cəsəd çiçəyi ölçüsünə görə diametri 1 metrə çataraq dünyanın ən böyük çiçəyi sayılır. Qoxusu ilə özünü tozlandırmaq üçün milçək kimi böcəkləri cəlb edən bu çiçək Cənub -Şərqi Asiyaya xas bitki olaraq diqqəti çəkir. Çiçək 1993 -cü ildən etibarən İndoneziyada milli və nadir çiçək kimi rəsmi olaraq tanınır.